Bir nəfərin kartından 10 min manat pul  oğurlandı
14 may 2025 10:13 (UTC +04:00)

Bir nəfərin kartından 10 min manat pul oğurlandı

Onlayn cinayət davam edən və artan kiber təhlükədir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir. Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394

Oxşar yazılar