
Münaqişə zəminində həmkəndlisini qətlə yetirdi
Qazaxda bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə aprelin 22-də Qazax rayonunun Çaylı kəndində baş verib.
Kənd sakini Məhərrəm Qocayev münaqişə zəminində həmkəndlisi Rahil Cələddinlini bıçaqla qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən M.Qocayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Gəncədə minik avtomobili evə çırpıldı
15 may 2025 , 22:30
Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı
15 may 2025 , 22:05
Məhkəmədə Ermənistan ordusunun Azərbaycan ərazilərini işğal etməsi, mülki əhalini qətlə yetirməsi faktları ilə bağlı ifadələr dinlənilib
15 may 2025 , 21:55
Gəncədə misgərlik emalatxanası yandı
15 may 2025 , 21:24
Məhkəmədə Qubadlının Zilanlı kəndinin və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olundu
15 may 2025 , 19:48
Bakıda evdən kişi meyiti tapıldı
15 may 2025 , 19:33
Azərbaycanda basqın və qətllər törədən "banda" üzvü 30 il sonra məhkəməyə çıxarılır
15 may 2025 , 19:16