Müdafiə nazirlərindən erməni komandanın bəyanatına münasibət
21 noyabr 2013 15:50 (UTC +04:00)

Müdafiə nazirlərindən erməni komandanın bəyanatına münasibət

Sergey Şoyqu polkovnik Ruzinskinin fikirlərinin təhrif olunduğunu bildirib


 

Moskvada Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü zamanı Ermənistandakı Rusiya hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin məlum bəyanatı müzakirə olunub.

 

APA-nın Moskva müxbirinin xəbərinə görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqo ilə görüşü zamanı Gümrüdəki 102 saylı hərbi bazanın komandanı Andrey Ruzinskinin “Krasnaya Zvezda” qəzetinə müsahibəsində səsləndirdiyi “Azərbaycan Dağlıq Qarabağda əməliyyata başlasa, hərbi baza münaqişəyə qoşula bilər” bəyanatını gündəmə gətirib. S. Şoyqu isə A. Ruzinskinin sözlərinin təhrif olunduğunu bildirib: “Çox güman ki, bu, müsahibəni götürən jurnalistin səhvi olub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2176

Oxşar yazılar