Messi əsl arzusunu açıqladı
21 noyabr 2013 15:52 (UTC +04:00)

Messi əsl arzusunu açıqladı

İspaniya “Barselona”sının və Argentina milli komandasının futbolçusu Lionel Messi digər klubların təklifini nəzərdən keçirməyə hazırlaşmadığını açıqlayıb. Lent. az-ın məlumatına görə, Messi “Marca”ya müsahibəsində bütün karyerasını Kataloniya komandasında keçirməyi planlaşdırdığını söyləyib.

 

O deyib: “Əlbəttə, digər böyük komandaların mənimlə maraqlandığını öyrənmək xoşdur. Lakin həyatım “Barselona”ya məxsusdur. Burada bütün karyeramı keçirmək niyyətindəyəm. Hazırda komandamız düzgün yoldadır. Yenidən çempion olmaq üçün əla imkanımız var. Habelə, Argentina millisinin heyətində dünya çempionluğu qazanmağı çox istəyirəm. Bu, mənim əsl arzumdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1371

Oxşar yazılar