
Məhkum həbsdən əvvəl gizlətdiyi silahları təhvil verib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Xidmətdən Lent.az-a verilən məlumata görə, 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180.2.4 və 180.2.1-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilən məhkum Qurbanov Pünhan Bəkir oğlu həbs edilməmişdən əvvəl Suraxanı rayon mədənlər adlanan ərazidə torpağa basdıraraq gizlətdiyi lüləyi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngini könüllü olaraq təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05