
Azərbaycanda narkotik taciri tutuldu
0
0
Saatlı rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirib.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayonu, Əliabad kənd sakini Aləm Heydərov saxlanılıb. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 130 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni həmkəndlisi Emin Səmədovdan əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun işlədiyi fermer təsərrüfatı sahəsinə baxış keçirilib, bu zaman oradan iki ayrı polietilen sellofana bükülmüş ümumi çəkisi 3 kiloqram 390 qram olan qurudulmuş marixuana və 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı rayon Polis İdarəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.
0
0
Oxşar yazılar

İki avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı
3 sentyabr 2025 , 01:36Göyçayda güclü yanğın - Yeşik sexi külə döndü
3 sentyabr 2025 , 00:32
Kosmonavta aşiq olan qadın onun üçün 1 milyona oksigen aldı
2 sentyabr 2025 , 21:32
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
2 sentyabr 2025 , 21:10
Qarabağda döyüşən livanlı muzdlunun həbsxanada aclıq aksiyası keçirməsi yalandır
2 sentyabr 2025 , 19:55
Ağcabədidə müəmmalı ÖLÜM: meyiti buradan tapıldı
2 sentyabr 2025 , 19:32
Yetim uşağa işgəncə verən qəyyumu saxlanıldı
2 sentyabr 2025 , 18:59