Lənkəran və Lerikdəki meşə yanğını söndürülüb
23 iyul 2014 10:08 (UTC +04:00)

Lənkəran və Lerikdəki meşə yanğını söndürülüb

Lənkəran rayonunda, Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) meşə zolağında baş vermiş yanğın söndürülüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə FHN-nin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb olunub. Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

 

Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) meşə zolağında 30 ha sahəsindəki yanğının da qarşısı alınıb. Yanğının söndürülməsinə FHN-nin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib. Eləcədə yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali qatılıb. Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar