Narkotikə görə bir kəndin iki sakini yaxalandı
Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat həyata keçirib.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Muxax kənd sakini Vüsal Süleymanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 ədəd kibrit qutusunda ümumi çəkisi 21 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
V.Süleymanovun ətrafında davam etdirilən tədbirlərlə ona həmin narkotik vasitəni satan şəxsin həmkəndlisi İsmayıl İsayev olduğu müəyyən edilib. Keçirilmiş tədbirlərlə İ. İsayev də şübhəli şəxs qismində saxlanılıb və onun yaşadığı ünvana baxış keçirilən zaman 9 ədəd sellofan torbada ümumi çəkisi 270 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar yazılar

Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05
Dövlət əleyhinə çağırışlara görə saxlanılan Mirədalət Talışxanovun məhkəməsi başladı
17 iyul 2025 , 16:53
Bakıda 3 prokuror işdən çıxarıldı
17 iyul 2025 , 16:11