Hadi Rəcəbli: “Oqtay müəllim, imza yığmışdıq, siz İlqar Məmmədovu tutdurmağa qoymadınız”
21 iyun 2013 13:16 (UTC +04:00)

Hadi Rəcəbli: “Oqtay müəllim, imza yığmışdıq, siz İlqar Məmmədovu tutdurmağa qoymadınız”

Milli Məclisdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə müzakirə edilir.

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Azay Quliyev Avropa Parlamentinin qətnaməsinin qərəzli olduğunu bəyan edib.

Azay Quliyev Avropa Parlamentinə 52 QHT-nin müraciət etdiyi barədə məlumatın yanlış olduğunu, onların Azərbaycanda qeydiyyatdan keçmədiyini söyləyib: “Leyla Yunus da onların buradakı ruporudur, qrantı da ona verirlər. İlqar Məmmədov isə parlament seçkilərində 43 min səsdən 600 səsi belə toplaya bilməmişdi. İlqar Məmmədov necə prezidentliyə real namizəd ola bilər? Digər tərəfdən, Ermənistanda prezident seçkilərində əhaliyə atəş açılmışdı, Gürcüstanın sabiq baş naziri hazırda həbsdədir, Avropa Parlamenti bir qətnamə qəbul edibmi? Avronest Parlament Assambleyasını niyə yaratmışıq, niyə bu qurumda məsələlər müzakirə olunmur? Avropa Parlamentində 32 nəfərin iştirakı ilə qətnamə qəbul edilməsi hüquqi nihilizmdir, nədir, hüquqşünaslar buna aydınlıq gətirə bilərlər. Avropa Parlamentinə müraciətdə bu fikirlər əksini tapmalıdır. Ya səmimi münasibət bəslənməli, ya da Avropa Parlamenti ilə fərqli işimizi qurmalıyıq”.

Spiker Oqtay Əsədov deyib ki, əgər proseslər belə gedərsə, Azərbaycana Avronest Parlament Assambleyasının və Avropa Parlamenti-Azərbacan Milli Məclisi Əməkdaşlıq Komitəsinin lazım olub-olmadığın məsələsi gündəmə gəlir: “Bu barədə fikirləşməliyik”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Avropa Parlamentinin qətnaməsini ciddi saymadığını bildirib: “Məsləhət görürlər ki, aksiyalarda polis zorakılığına son qoyun. Həbs edilən siyasətçilər, gənclər və blogerlər dərhal azad olunsun. Sən kimsən ki, belə ultimatum verirsən?! İlqar Məmmədovun adını çox hallandırmaq istəmirəm, bir neçə dəfə deputatı təhqiq etdi. Oqtay müəllim, biz imza yığmışdıq, siz İlqar Məmmədovu tutdurmağa qoymadınız ”.

Spiker Oqtay Əsədov isə cavabında bildirdi ki, tutdurmağa yox, məhkəməyə verməyə qoymayıb.

Hadi Rəcəbli İlqar Məmmədovun agent olduğunu da vurğulayıb.

Oqtay Əsədov Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı Avropa Parlamentinin, Avropa Şurasının qərarları olduğunu xatırladıb: “ Sonu nə oldu? Onların bizə göstəriş vermək hüququ yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1061
avatar

Oxşar yazılar