Hindistanda  anomal   istilər - FOTOLENT
21 may 2024 16:11 (UTC +04:00)

Hindistanda anomal istilər - FOTOLENT

Dehlidə qırmızı hava xəbərdarlığı elan edilib. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, paytaxtda havanın temperaturu +47 °C-dən çox olub, yaxınlıqdakı Racastan, Pəncab, Uttar-Pradeş və Haryana ştatlarında göstəricilər +43 ilə +46 °C arasında dəyişib.

“Associated Press” xatırladır ki, isti dalğası aprelin 19-dan iyunun 1-dək Hindistanda keçirilən parlament seçkilərinə təsadüf edib. Şənbə günü Dehlidə Hindistanın baş nazirinin iştirakı ilə mitinqlərin keçirilməsi planlaşdırılır.

Meteoroloqlar istidən yaınmağı və sərin yerdə qalmağı, nəmlənməyi və hava keçirən paltar geyinməyi tövsiyə ediblər. Hindistanda isti dalğasının daha bir neçə gün davam edəcəyi gözlənilir.

Hindistan Meteorologiya İdarəsi hava xəbərdarlığı üçün dörd rəng kodundan istifadə edir: yaşıl, sarı, narıncı və qırmızı.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156
avatar

Oxşar yazılar