Cins şortları  bu geyimlər əvəz edəcək
17 iyun 2024 10:58 (UTC +04:00)

Cins şortları bu geyimlər əvəz edəcək

Modelyerlər 2024-cü ilin yayında cins şortların dəbli əvəzedicisi barədə açıqlama veriblər.

Lent.az-ın xəbərinə görə, nüfuzlu "Vogue" moda jurnalının fransız versiyası tərəfi elan edib ki, bu il küçəyə ev geyimlərində çıxmaq dəb olacaq. Trend sayılan libaslar evdə geyinilən yüngül pijamalardır.

Bu mövsüm cins şortları yüngül pambıq materialdan zolaqlı qısa şortlar əvəz edəcək. Pambıq və ya kətan kimi yüngül parçalardan hazırlanmış nazik zolaqlı müxtəlif rəngli şortlar dəbdə olacaq.

Oxşar məhsullara "Gucci", "Maison Margiela", "Uniqlo", "H&M" və "Mango" kimi brendlərin yeni kolleksiyalarında rast gəlmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3243
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar