Bu gün səhər saatlarında dünyasını dəyişən jurnalist Sərxan Kamallı dəfn olunub.
Lent.az APA-ya istinadla xəbər verir ki, jurnalist Sərxan Kamallı doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.
Mərhumun vida mərasimi Yevlax şəhərində keçirildikdən sonra onun cənazəsi rayonunun Qoyunbinəsi kənd qəbiristanlığında dəfn olunub. Mərasimdə jurnalistin doğmaları, məsləkdaşları və rayon sakinləri iştirak edib.
Xatırladaq ki, 41 yaşlı jurnalist Sərxan Kamallı ötən gün səhər saatalrında insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.
***
09:41
TƏBİB jurnalist Sərxan Kamallının ölümü ilə bağlı məlumat yayıb.
Qurumdan Lent.az-a verilən məlumatda bildirilir ki, 41 yaşlı jurnalist Sərxan Kamallı iyunun 16-da saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-i 07:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.
***
09:19
Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıblar.
Bildirilib ki, ötən gün insult keçirən və komatoz halında Xətai Tibb Mərkəzinə yerləşdirilən jurnalist dünyasını dəyişib.
Qeyd edək ki, Sərxan Kamallı jurnalistika fəaliyyətinə 2008-ci ildə ANS-də başlayıb.
O, bir müddət APA ilə də əməkdaşlıq edib.
Allah rəhmət eləsin!