Roza Cəlilovadan Elzaya etiraz - "İcazə vermərəm ki..."
17 iyun 2024 15:43 (UTC +04:00)

Roza Cəlilovadan Elzaya etiraz - "İcazə vermərəm ki..."

Milli rəqslərimizin mahir ifaçısı, Xalq artisti Roza Cəlilova qonaq olduğu proqramlardan birində Əməkdar artist Elza Seyidcahanın fikirləri ilə razılaşmadığını bildirib.

Lent.az-ın xəbərinə görə, o, Elza Seyidcahanın "Elə bir uşaq tanıyıram ki, rəqsə böyük həvəsi var. Amma məcburdur ki, gəlib axşam restoranlarda çalışsın, evinə pul aparsın" açıqlamasına münasibət bildirib.

"Elza çox yaxşı qadındır. Amma mən onunla razılaşmıram. Çünki aş gətirmək üçün orada işçi var. Rəqqasə aşı gətirərək ucuzlaşdırılır. Elə şeyə razı deyiləm. Orada işçi var, buna görə maaş alır. Rəqqasəni ucuzlaşdırmaq olmaz" deyib.

Rəqqasə toylarda gəlinlərin "ləzginka" rəqs etməsini də pisləyib:

"Gör, iş nə yerə çatıb ki, gəlin toyda "ləzginka" oynayır. Oynasın, amma gəlin utancaq olar. Üzündə duvağı var. O, su içəndə də utanır. Tarixdə icazə vermərəm mənim rəqqasələrim, ya uşaqlarım oynasın. Qız qız kimi oynamalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar