Bakıda nişanlısından ayrılmaq istəməyən şəxs ÖZÜNÜ BIÇAQLADI
17 iyun 2024 04:53 (UTC +04:00)

Bakıda nişanlısından ayrılmaq istəməyən şəxs ÖZÜNÜ BIÇAQLADI

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Yeni Sahə adlanan ərazidə 2004-cü il təvəllüdlü Anar Şahin oğlu Məmmədov nişanlandığı xanım ilə mübahisə edib.

Yaxınlarının verdiyi məlumata görə, xanım ayrılmaq qərarına gəlib. Qərara etiraz olaraq A.Məmmədov bıçaqla özünə bir neçə xəsarət yetirib.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1689
avatar

Oxşar yazılar