İki nəfərin yanıb ölməsinə səbəb olan polisə HÖKM OXUNDU
17 iyun 2024 12:06 (UTC +04:00)

İki nəfərin yanıb ölməsinə səbəb olan polisə HÖKM OXUNDU

Tıva Respublikasında məhkəmə səhlənkarlıq ucbatından  nəfərlik ailənin yanıb ölməsinə səbəb olan 37 yaşlı polisə hökm oxuyub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, təqsirləndirilən şəxs üç il şərti cəza ilə sərbəst buraxılıb. Məhkəmə onun hüquq-mühafizə orqanlarında işləməsini qadağan edib.

Məhkum Qızıl polis şöbəsində əməliyyat növbətçisinin köməkçisi olub. 2022-ci ilin oktyabrında gecə saatlarında yerli sakin ona zəng edərək kömək istəyib. Müraciət edənin sözlərinə görə, onun sərxoş yeznəsi həyat yoldaşını və uşaqlarını hədələyib. Lakin polis məmuru qadının mesajına məhəl qoymayıb və hadisə yerinə qrup göndərməyib. Nəticədə kişi ailəsi ilə birlikdə evi yandırıb. Biri uşaq olmaqla 2 nəfər yanaraq ölüb, üç nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5034
avatar

Oxşar yazılar