Gülər Əhmədova vəkilindən imtina etdi
19 sentyabr 2013 10:36 (UTC +04:00)

Gülər Əhmədova vəkilindən imtina etdi

Hazırda həbsdə olan deputat Gülər Əhmədova daha bir vəkilindən imtina edib. Bu, onun mətbuatla daha çox ünsiyyət saxlayan vəkili Raqif Mustafayevdir. İstintaqdakı mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, sabiq deputatın imtinasına səbəb vəkilin media ilə münasibətləri, daha doğrusu, verdiyi açıqlamalardır. Xəbərə görə, G. Əhmədova bir neçə aydır ki, R. Mustafayev və digər vəkili Əfsər Talıbova media ilə bütün ünsiyyəti sıfıra endirməyi tapşırıb. Əslində hər iki vəkil sabiq deputatın tapşırığına əməl edir. Çünki əməkdaşlarımız aylardır onların hər ikisindən G. Əhmədova ilə bağlı hər hansı açıqlama, şərh, xəbər ala bilmir. Onlar bunu müvəkkillərinin qoyduqları qadağa ilə əlaqələndirir.

 

Amma əldə etdiyimiz məlumatda bildirilir ki, G. Əhmədovanın qəzəblənməsinə R. Mustafayevin qadağadan öncə mediaya verdiyi müsahibə və açıqlamalar səbəb olub. Hazırda istintaq materialları ilə tanış olan sabiq deputat orda özünün əleyhinə olan bəzi məqamlarda vəkilinin ehtiyatsızlığından qəzəblənib. Ya vaxtında verilməmiş bir açıqlama, yaxud da yanlış bir bəyanat G. Əhmədovanı R. Mustafayevlə yollarını ayırma mərhələsinə çatdırıb. Sabiq deputat vəkilini müdafiə prosesi boyunca özünüreklamda ittiham edib. Onun fikrincə, R. Mustafayevin bütün açıqlamaları, müsahibələri daha çox öz təbliğatını aparmasına hesablanıb. 

Amma daha bir versiya sabiq deputatla vəkili arasında yaranmış maddi problemlərlə bağlıdır. G. Əhmədovanın vəkillərinə qarşı əliaçıq olmaması bilinən gerçəkdir. Daha öncəki vəkili Eldar Qədimi ilə də yollarını sonuncuya qonorar verməməsi üzündən ayırmışdı. Redaksiyamıza çatan məlumata görə, ciddi maliyyə sıxıntısı yaşayan Əhmədovlar ailəsinin R. Mustafayevə qonorarını vaxtlı-vaxtında ödəməməsi də münasibətlərin korlanması ilə nəticələnib. 

 

“Yeni Müsavat” bu xəbəri dəqiqləşdirmək üçün R. Mustafayevlə əlaqə saxladı. Vəkil bu barədə heç nə demək istəmədiyini bildirdi: “Mən dediklərinizlə bağlı heç bir şərh və məlumat verməyəcəyəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1277

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15