
Evdən oğurluq edən iki nəfər saxlanıldı
Mingəçevir şəhər Polis Şöbəsinə evdən dəyəri 600 manat olan köhnə istilik sistemlərinin oğurlanması barədə müraciət daxil olub.
Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər, Mingəçevir şəhər sakinləri Sadiq Mehdiyev və əvvəllər də oğurluğa görə məhkum olunmuş Bəhruz Səmədov saxlanılıb. Saxlanılan şəxslər oğurladıqları həmin istilik sistemlərini metal qəbulu yerlərinə satdıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05