
Külli miqdarda oğurluq edənlər saxlanıldı
Bakıda oğurluq baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata əsasən, faktla bağlı Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Nəticədə may-sentyabr ayları ərzində rayon ərazisindəki 5 evdən velosiped, musiqi alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Əmirxanov və əvvəllər məhkum olunmuş R.Məlikov saxlanılıblar.
Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 21-də rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Hüseynov da saxlanılıb.
Oxşar yazılar

Laçında meşə yanır-VİDEO
16 iyul 2025 , 22:05
Zaqatala sakininin meyiti tapıldı
16 iyul 2025 , 22:01
İlqar İsmayılov azadlığa buraxıldı
16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB
16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı
16 iyul 2025 , 19:33
Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO
16 iyul 2025 , 19:07
Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
16 iyul 2025 , 18:49