Evdən külli miqdarda oğurluq edən keçmiş məhkum saxlanıldı
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Zaqatala rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
	Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar polis əməkdaşları hadisə yerinə baxış keçirib, zərərçəkənə məxsus evdən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
	Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin, əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.
	Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0