Ermənilər əsgərimizi snayperlə vurub
31 iyul 2014 19:44 (UTC +04:00)

Ermənilər əsgərimizi snayperlə vurub

Müdafiə Nazirliyi Ağdamda şəhid olan əsgərimizlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən məlumatına görə, iyulun 31-də saat 17:00 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.


Döyüş mövqeyində təhlükəsizlik qaydalarının pozulması nəticəsində Silahlı Qüvvələrimizin 1992-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu düşmən tərəfindən açılan snayper atəşindən həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2499

Oxşar yazılar