Ərdoğanın ofisinə girmək istəyən şəxs güllələndi - YENİLƏNİB
21 noyabr 2013 14:42 (UTC +04:00)

Ərdoğanın ofisinə girmək istəyən şəxs güllələndi - YENİLƏNİB

Bu gün Ankarada üzərində bomba olduğu güman edilən şəxs Türkiyə baş nazirinin ofisinə (başbakanlık) yaxınlaşmağa çalışıb.


APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, həmin şəxs mühafizə xidmətinin əməkdaşları tərəfindən neytrallaşdırılıb. Mühafizəçilər tərəfindən açılan atəşlə yaralandığı bildirilən şəxsin ambulansla xəstəxanaya aparıldığı xəbər verilir.

 

Hələlik olayla bağlı rəsmi açıqlama verilməyib.   

 

****

Bu gün Ankarada üzərində bomba olduğu güman edilən şəxs Türkiyə baş nazirinin ofisinə (başbakanlık) yaxınlaşmağa çalışan şəxsin kimliyi bəlli olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxs 52 yaşlı Tuğrul B. olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6607

Oxşar yazılar