DİN, FHN və Baş Prokurorluq birgə məlumat yaydı
31 may 2013 15:55 (UTC +04:00)

DİN, FHN və Baş Prokurorluq birgə məlumat yaydı

Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Bakıda körpülərin partladılacağı ilə bağlı verilmiş yalan məlumatla əlaqədar birgəməlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, mayın 31-də saat 04:34-də İsmayıllı rayon sakini, 1948-ci il təvəllüdlü Ənvər Adıgözəlov istifadəsində olan mobil telefonundan Daxili İşlər Nazirliyinin “102 Zəng Xidməti”nə zəng edərək paytaxtın Nizami rayonundakı “Bağırov körpüsü”nə, Xətai rayonundakı “Xətai körpüsü”nə və Zabrat qəsəbəsinə gedən yoldakı “Sabunçu körpüsü”nə partlayıcı qurğuların yerləşdirilməsini və bu məlumatın ona Asif adlı şəxsin “sms”lə ötürməsini bildirib. Həmin məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri təxirəsalınmaz tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarının əməkdaşları ilə dərhal həmin ünvanlara cəlb edilməklə əraziyə baxış keçirmiş və müvafiq təhlükəsizlik tədbirləri görüblər. Nəticədə qeyd olunan ərazilərdə şübhəli əşya aşkar edilməyib. Ənvər Adıgözəlov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ə.Adıgözəlov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

# 3150
avatar

Oxşar yazılar