DİN-dən vəkil Aslan İsmayılovun  döyülməsi barədə dediklərinə münasibət - YENİLƏNİB
31 may 2013 18:06 (UTC +04:00)

DİN-dən vəkil Aslan İsmayılovun döyülməsi barədə dediklərinə münasibət - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) vəkil Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) döyülməsi barədə yaydığı məlumatlara münasibət bildirib.


 

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, vəkil Aslan İsmayılovun BMCMİ-də döyülməsi ilə bağlı verdiyi məlumatlar həqiqətdən uzaqdır.

 

O. Mansurzadə qeyd edib ki, vəkil Aslan İsmayılov bu günlərdə KİV-ə açıqlamalarında konkret cinayətə görə tutulan Rəşad Ramazanova BMCMİ-də guya işgəncə verilməsi barədə həqiqəti əks etdirməyən və böhtan xarakterli məlumatlar yaymaqla polisin cəmiyyətdəki yüksək nüfuzuna və işgüzar imicinə kölgə salmağa cəhd göstərib: “Məsələ ilə bağlı vəkil idarənin İstintaq şöbəsinin rəis müavini Canpolad Daanov tərəfindən adı çəkilən Baş İdarəyə dəvət edilib. Söhbət zamanı İstintaq şöbəsinin rəis müavini tərəfindən Rəşad Ramazanovla bağlı yalan və böhtan xarakterli məlumatlar yaymasının yolverilməzliyi, adı çəkilən şəxsin bununla bağlı verdiyi izahatda idarədə hər hansı fiziki təzyiqə məruz qalmadığını qeyd etdiyi vəkilin nəzərinə çatdırılıb. Əksinə, söhbət zamanı vəkil polis əməkdaşlarını təxribata çəkməyə cəhd göstərib, lakin qanun keşikçiləri təxribata getməyərək özlərini təmkinli aparıblar. Ona görə vəkil Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq şöbəsinin rəis müavini tərəfindən döyülməsi və təhqirə məruz qalması barədə mətbuata açıqlamalarını bütün vasitələrlə gündəmdə qalmağa, ictimai diqqəti özünə çəkməyə və polis barədə qəsdən yanlış rəyin formalaşdırılmasına yönəlmiş təxribatçı bir hərəkət, ucuz sensasiya dalınca qaçmaq, yersiz hay-küy yaratmaq istiqamətindəki növbəti avantürist addım, populizm kimi qiymətləndiririk”.

 

Vəkil Aslan İsmayılov isə bu gün keçirdiyi mətbuat konfransında BMCMİ-də təzyiqlərə məruz qaldığını deyib. O bildirib ki, BMCMİ-nin rəis müavini Canpolad Daanov ona zəng vurub və idarəyə gəlməyini xahiş edib. Bundan sonra A. İsmayılov BMCMİ-nə gedib. İdarədə C. Daanov tərəfindən qəbul edilən A. İsmayılov rəis müavini tərəfindən döyülərək, təhqir edildiyini, daha sonra sərbəst buraxıldığını deyib.

 

Hadisədən sonra A. İsmayılov Bakı Şəhər Prokuroru Əziz Seyidovun qəbulunda olaraq, baş verən hadisə ilə bağlı məlumat verib. Bundan başqa A. İsmayılov Daxili İşlər Nazirliyinin “Qaynar xətti”nə və Baş Prokurorluğun növbətçi hissəsinə məlumat verib.

 

# 1395
avatar

Oxşar yazılar

Saxta "uduşlu" lotoreyalara  görə Lənkəranda tutuldu

Saxta "uduşlu" lotoreyalara görə Lənkəranda tutuldu

6 may 2024 , 15:45
Bakıda  bahalı motosiklet   oğurlandı - VİDEO

Bakıda bahalı motosiklet oğurlandı - VİDEO

6 may 2024 , 14:50
Daxili işlər nazirinin müavininin oğluna hökm oxundu

Daxili işlər nazirinin müavininin oğluna hökm oxundu

6 may 2024 , 13:55
Mingəçevirdə davanın sonu  QANLA BİTDİ

Mingəçevirdə davanın sonu QANLA BİTDİ

6 may 2024 , 12:20
Məhkəmədən Anar Məmmədli ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Anar Məmmədli ilə bağlı YENİ QƏRAR

6 may 2024 , 11:51
Bakıda tapança alverçisini belə yaxaladılar

Bakıda tapança alverçisini belə yaxaladılar

6 may 2024 , 11:25
Cəlilabadda 8 gündür hamı bu oğlanı AXTARIR

Cəlilabadda 8 gündür hamı bu oğlanı AXTARIR

6 may 2024 , 11:03
Yasamalda “Hyundai” markalı avtomobil   qaçırıldı

Yasamalda “Hyundai” markalı avtomobil qaçırıldı

6 may 2024 , 10:41