
Azərbaycanda qohumlar arasındakı QANLI OLAYDAN SON MƏLUMAT - YENİLƏNİB
Dayısıoğlu tərəfindən bıçaqlanan şəxsin vəziyyəti normaldır.
Bu barədə Lent.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Belə ki, hadisə zamanı Məhərrəmov Ruslan Tofiq oğlunun vurduğu bıçaq zərbəsi bibisioğlu Quliyev Əli Ənvər oğlunun sol qoltuq nahiyəsinə dəyib. Heç bir orqana zədələnməyib. Zərəçəkmiş dərhal əməliyyat edilib, vəziyyəti normaldır.
saat: 09:42
Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Məlumata görə, hadisə rayonun mərkəzində baş verib. Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Məhərrəmov Ruslan Tofiq oğlu doğma bibisi oğlu, 1999-cu il təvəllüdlü Quliyev Əli Ənvər oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Məhərrəmov üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Ə.Quliyevi bıçaqlayıb. Ə.Quliyev təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub, vəziyyəti ağırdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hadisəni törədən şəxs saxlanılıb.
Ağcabədidə mübahisə zamanı gənc ürəyindən deyil, qolundan bıçaqlanıb.
Bu barədə Lent.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata əsasən, 1999-cu il təvəllüdlü Quliyev Əli Ənvər oğlunun dayısı oğlu Məhərrəmov Ruslan Tofiq oğlu tərəfindən ürəyindən bıçaqlanması haqqında mediada gedən xəbərlər həqiqəti əks etdirmir. Belə ki, zərərçəkənin ürəyindən deyil, qolundan bıçaqlandığı bildirilir.
Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05