Cəfər Cabbarlının heykəli hasarlandı
20 iyun 2013 10:22 (UTC +04:00)

Cəfər Cabbarlının heykəli hasarlandı

 Bakının mərkəzindəki məşhur dramaturq Cəfər Cabbarlının heykəli hasarlanıb. 

Lent.az-ın məlumatına görə, “Milliyyət”in əməkdaşı şahidi olduğu bu hadisəni çəkib. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, hasarlanma işləri heykəl və ətrafında aparılacaq abadlıq işləri ilə bağlıdır. Belə ki, abidənin ətrafındakı daş örtüklərin bir qismi sökülərək otla əvəz olunacaq. Eyni zamanda heykəlin üzərində silinən "Cəfər Cabbarlı" sözü yeniləcək. Heykəl və ətrafı üçün işıqlandırma sistemi qurulacaq.

Qeyd edək ki, C.Cabarlının heykəlinin açılışı 1982-ci ildə, ad günündə olub. Heykəltəraş Mirəli Mirqasımov, arxitektor Yusif Qədimovdur.

# 1206
avatar

Oxşar yazılar