Baş prokuror: “Elşad Abdullayev Azərbaycana ekstradisiya olunacaq”
01 oktyabr 2013 10:58 (UTC +04:00)

Baş prokuror: “Elşad Abdullayev Azərbaycana ekstradisiya olunacaq”

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin ekstradisiyası ilə bağlı müvafiq qurumlara müraciət olunub.


 

APA-nın xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

 

“Mən əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq” – deyə baş prokuror bildirib.

 

Qeyd edək ki, E.Abdullayev barəsində Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə cinayət işi qaldırılıb. O, istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1007

Oxşar yazılar