Bakının məşhur ticarət mərkəzində qanlı hadisə
27 fevral 2013 10:39 (UTC +04:00)

Bakının məşhur ticarət mərkəzində qanlı hadisə

 

Bakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzində 1982-ci il təvəllüdlü Quliyev Rəsul Əliqulu oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

Rəsul Quliyev isə ağır vəziyyətdə “Azərsutikinti” xəstəxanasına yerləşdirilib.

# 2920
avatar

Nizam Rza

Oxşar yazılar