Bakının mərkəzində  "Tofaş" dükana girib - YENİLƏNİB
29 oktyabr 2013 10:33 (UTC +04:00)

Bakının mərkəzində "Tofaş" dükana girib - YENİLƏNİB

Bakının Neftçilər prospektində ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, "Tofaş" markalı avtomobilin sürücüsü "Azneft" meydanına doğru hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı geyim mağazalarından birinə girib.

 

Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri sürücünü maşından çıxarıblar. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisəyə səbəb kimi sürücünün avtomaşını yüksək sürətlə idarə etməsi göstərilir.

 

Səbayel Rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2028

Oxşar yazılar