Bakıda xəstəxanada yanğın
27 iyul 2013 14:03 (UTC +04:00)

Bakıda xəstəxanada yanğın

 

Bu gün səhər saatlarında Xəzər rayonunda 5 mərtəbəli xəstəxananın 1 saylı korpusunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m olan 3 otağın yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 20 kv.m sahədə yanıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğın bölmələri tərəfindən 2-ci mərtəbədən 4 nəfər xəstə təxliyə olunub.

 

 Xəstəxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2591

Oxşar yazılar