Bu gün Bakı şəhərinin Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi, Quliyev küçəsi ev 14, mənzil 48 ünvanında yaşayan 1985-ci il təvəllüdlü İmanov Əbülfəz Əli oğlu bıçaqlanıb. Ə.İmanov yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb və ağır vəziyyətdə 3 saylışəhər xəstəxanasına yerləşdirilib.
Yaralını dindirmək mümkün deyil. Əməliyyat-axtarış tədbirləri aparılır.