Bakıda qadın üstünə benzin tökərək özünü yandırıb
18 fevral 2014 15:55 (UTC +04:00)

Bakıda qadın üstünə benzin tökərək özünü yandırıb

0

Bu gün saat 14:34 radələrində Bakının Nəsimi rayonu ərazisində qadın özünü yandıraraq intihar edib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Asif Məhərrəmov küçəsi 38 ünvanında yaşayan Şəfiqə Quliyeva üstünə benzin tökərək özünü yandırıb. Dərhal hadisə yerinə həkim və polis əməkdaşları çağırıb. Qadın 5 saylı xəstəxanaya çatdırılıb. 

Hazırda hadisə yerində əməliyyat qrupu çalışır. Qadının nə səbəbdən intihar etmək istəməsi araşdırılır.

5 saylı şəhər xəstəxanasından Lent.az-a bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən qadın reanimasiya şöbəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2056

Oxşar yazılar