Bakıda məktəbdə ölən müəllimlə bağlı sarsıdıcı məqamlar - YENİLƏNİB
19 sentyabr 2013 14:17 (UTC +04:00)

Bakıda məktəbdə ölən müəllimlə bağlı sarsıdıcı məqamlar - YENİLƏNİB

 

Dünən Bakıda orta məktəbdə müəllimin dünyasını dəyişməsi hadisəsi ilə bağlı bəzi məqamlar məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Səbail rayonu ərazisində yerləşən və əsasən Cəbrayıl və Zəngilan rayonlarından olan məcburi köçkünlərin təhsil aldığı 4 saylı məktəbdə dünyasını dəyişən Nüsrət İsmayılov fizika-riyaziyyat fənnini tədris edirmiş. O, dünən saat 9:30 radələrində məktəbə gələrkən özünü pis hiss edib. N. İsmayılov  özünü tez məktəbə çatdırmaq istəsə də, binanın qarşısında yıxılıb. 3 saylı təcili tibbi yardım stansiyasına çatdırıldıqda artıq N. İsmayılovun keçindiyi məlum olub.

 

 

4 saylı məktəbin direktoru Xanməmməd Xanməmmədov Lent.az-a bildirib ki, N. İsmayılov çətin həyat sürüb. Bu yaxınlarda onun iki bacısı dünyasını dəyişib. Ailəli olsa da, övladı olmayan N. İsmayılov uşaq evindən körpə götürüb saxlayıb. Lakin sonradan uşaq sağalmaz xəstəliyə düçar olub.

 

Məktəb direktoru onu da bildirdi ki, N. İsmayılov 39 il müəllimlik edib və ölkənin sayılıb-seçilən fizika-riyaziyyat müəllimlərindən olub. O, indiyədək iki dəfə infarkt keçiribmiş.

 

 

 

 

 

 

******

 

 

10:18

 

 

Sentyabrın 18-də Bakı şəhərində yerləşən məktəblərin birində ölüm hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Arif İsmayılov küçəsi 88/3 ünvanında yerləşən Zəngilan rayon 4 saylı məktəbin qarşısında həmin məktəbdə müəllim işləyən 1953-cü il təvəllüdlü İsmayılov Nüsrət Nəriman oğlunun vəziyyəti pisləşib. O ağır vəziyyətdə 3 saylı təcili tibbi yardım stansiyasına gətirilib. Həkimlərin səyinə baxmayaraq N.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.

 

Məlumata görə, hadisənin baş verdiyi orta məktəbdə işğal olunmuş rayonlardan olan şagirdlər təhsil alır. N.İsmayılov isə Zəngilan rayonundan məcburi köçkündür və Nizami rayonu ərazisində yerləşən Lallar məktəbinin yataqxanasında məskunlaşıbmış.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14828

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15