Bakıda yarışa çıxmış marşrut avtobusları toqquşdu
17 sentyabr 2014 10:15 (UTC +04:00)

Bakıda yarışa çıxmış marşrut avtobusları toqquşdu

0

Bu gün Bakının Xətai rayonunda sərnişin avtobuslarının iştirakı ilə yol-nnəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xocalı prospektində, metronun "Xətai" stansiyası ilə üzbəüz dayanacaqda 30 nömrəli marşrut xətti üzrə hərəkət edən iki avtobus toqquşub. Eyni istiqamətdə hərəkətdə olan 10-TG-383 dövlət nömrə nişanlı "Daewoo" markalı avtobus, 10-TG-384 dövlət nömrə nişanlı digər avtobusun qarşısını  kəsməyə çalışıb və arxadan sürətlə gələrək ona çırpılıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Hər iki avtobus xəttən çıxarılıb.

 

Qəzaya hər zaman olduğu kimi sürücülərinin bir-birinin vaxtına girməsi və plan davası səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1858

Oxşar yazılar