Bakıda liftdə dəhşətli hadisə: ölən və yaralanan var
20 iyun 2013 12:19 (UTC +04:00)

Bakıda liftdə dəhşətli hadisə: ölən və yaralanan var

Bu gün saat 10:15 radələrində Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, bu barədə Anspressə Rayon Polis İdarəsinin 30-cu polis bölməsindən bildirilib.

Məlumata görə, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 10 ünvanında 9 mərtəbəli binada liftin təmiri zamanı bədbəxt hadisə olub. Nəticədə lifti təmir edən ustalardan biri ölüb, biri ağır yaralanıb.

Belə ki, təmir prosesi zamanı 1972-ci il təvəllüdlü Elçin Vələd oğlu Əliyev liftin şaxtasında olub. Ehtiyatsızlıq nəticəsində 4-cü blokun 4-cü mərtəbəsində olan lift onun üstünə düşüb. Nəticədə Elçin Əliyev faciəvi şəkildə ölüb. 

Lift şaxtaya düşərkən içərisində olan 1986-cı il təvəllüdlü Aslan Ziyad oğlu İslamov ağır yaralanıb. Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və təcili yardım həkimləri cəlb olunub. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

 

# 4141
avatar

Oxşar yazılar