Bakıda İran vətəndaşının evindən külli miqdarda pul və qızıl apardılar - EKSKLÜZİV
20 iyun 2013 12:02 (UTC +04:00)

Bakıda İran vətəndaşının evindən külli miqdarda pul və qızıl apardılar - EKSKLÜZİV

İyunun 20-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində xarici ölkə vətəndaşının evindən külli miqdarda qızıl və pul oğurlanıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Cavəri Qolamirzə Sadiq oğlunun Cəfər Xəndan küçəsi ev 42A ünvanındakı mənzilindən naməlum şəxs və ya şəxslər 21 200 ABŞ dollarI, 22 000 manat, 15 min manatlıq qızıl aparıb. İlkin məlumata görə, oğrular evə binanın eyvanından soxulublar.

 

Hazırda faktla əlaqədar zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

# 779
avatar

Oxşar yazılar