Bakıda daha bir silahlı şəxs tutulub
01 mart 2013 10:52 (UTC +04:00)

Bakıda daha bir silahlı şəxs tutulub

 

Bakı şəhərinin Yasamal rayonu ərazisində silahlı şəxs saxlanılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qanunsuz silah gəzdirən şəxsin yaxalanması üçün əməliyyat keçirilib. Cabbarov küçəsi 14 ünvanının qarşısında polis Yequnov Vadim Anatolyeviçi saxlayaraq bölməyə aparıb. Üzərinə baxış keçirilərkən “TT” markalı tapança, 1 ədəd tapança darağı və 2 ədəd patron aşkarlanaraq götürülüb.

 

Hazırda silahın hər hansı cinayətdə işlənib-işlənməməsi və digər məqamlar araşdırılır.

 

Qeyd edək ki, fevralın 27-də Nəsimi rayonunda da silahlı şəxs yaxalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212

Oxşar yazılar