Bakıda axtarışda olan 4 nəfər tutuldu
08 fevral 2014 12:02 (UTC +04:00)

Bakıda axtarışda olan 4 nəfər tutuldu

0

Bakı şəhərində axtarışda olan 4 nəfər yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178 (dələduzluq)  və 320-ci (rəsmi sənədləri hazırlama və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Şahin Abdullayev tutulub.

 

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan Qızxanım Abbaszadə yaxalanıb.

 

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan İsmayıl Həsənov tutulub.

 

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 37-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan Cəmil Qasımov saxlanılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 862

Oxşar yazılar