Bakıda 8 ayda 187 nəfər yol qəzasının qurbanı olub
11 sentyabr 2014 12:02 (UTC +04:00)

Bakıda 8 ayda 187 nəfər yol qəzasının qurbanı olub

0

Bu il Azərbaycanda baş verən yol qəzalarında  63 uşaq ölüb.


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, cari ilin ilk  8 ayında paytaxt  ərazisində 612  yol qəzası baş verib. Nəticədə  187 nəfər ölüb,  662 nəfər yaralanıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 35, 34 ölüm sayı ,  yaralı sayı isə 5 fakt azalıb.

 

Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında  63 uşaq ölüb, 145-i  isə yaralanıb.

 

V. Əsədov cari ilin ilk 8 ayında paytaxt ərazisində 490.131 inzibati protokol tərtib edildiyini bildirib. Tərtib edilən protokolların 101.934-ü nizamlanmayan piyada keçidindən istifadə edən şəxslərinin , 6189 - sərxoş sürücülərin, 7355 işıqforun qırmızı işığında keçən , 255-i avtoxuliqanlıq edən sürücülərin payına düşür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar