Bakıda 3 nəfər avtomobili qaçırıb yandırdı
22 noyabr 2013 10:45 (UTC +04:00)

Bakıda 3 nəfər avtomobili qaçırıb yandırdı

Bakıda avtomobil oğurluğu ilə məşğul olan qruplaşma üzvləri saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 30-na keçən gecə Xəzər rayonu ərazisində Rüfət Allahverdiyevə məxsus «VAZ 21011» markalı avtomaşın yaşadığı evin qarşısından qaçırılıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıraraq yandıran Bakı şəhər sakinləri - Elmar Cəbiyev, Həmid Məhərrəmov və Həmzə Hüseynov tutulub.

 

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894

Oxşar yazılar