Bakıda 21 yaşlı oğlan faciəvi şəkildə öldü
19 dekabr 2017 10:44 (UTC +04:00)

Bakıda 21 yaşlı oğlan faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində (keçmiş billur zavodunun yanı) "Ford Tranzit" markalı avtomobil yolu keçən gənc oğlanı vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

Aparılan araşdırmalar nəticəsində "Ford"un vurub öldürdüyü şəxsin 1996-cı ildə Naxçıvanda anadan olmuş Elçin Hüseynov olması müəyyən edilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290

Oxşar yazılar