Bakı bulvarında qanlı hadisə
01 noyabr 2013 17:52 (UTC +04:00)

Bakı bulvarında qanlı hadisə

Bakı şəhərinin Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. 3 saylı şəhər xəstəxanasından Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbə sakini Zeynalov Zaur Kamal oğlu bıçaq xəsarəti ilə müraciət edib. Onun qarın nahiyəsində daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarət aşkarlanıb.

 

İlkin araşdırmalar zamanı Z.Zeynalovun Dənizkənarı bulvar ərazisində, Neftçilər prospekti 135 ünvanının qarşısında bıçaqlandığı məlum olub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2577

Oxşar yazılar