Azərbaycanlı hüquq müdafiəçisi polisə qalib gəldi
09 iyun 2014 16:21 (UTC +04:00)

Azərbaycanlı hüquq müdafiəçisi polisə qalib gəldi

0

Üç il əvvəl Atatürk hava limanında döyülən hüquq müdafiəçisi İntiqam Əliyevə Türkiyə Daxili İşlər Nazirliyi 7 min 500 tl mənəvi və 600 tl maddi təzminat ödəməyə məcbur olub. Lent.az-ın xəbərinə görə, bu barədə qafqazinfo.az məlumat yayıb.

 

Həmin vaxt İ.Əliyevin hava limanında pasportu yoxlanılan zaman polislə mübahisəsi düşüb. Polis İ.Əliyevin ona “oğlan” deyə müraciət etdiyini və təhqir olunduğunu bildirib. Hüquq müdafiəçisi “oğlan” sözünün “adam” mənasını daşıdığını desə də, polisi yola gətirə bilməyib.

 

Lakin məhkəmə Əliyevin haqsız yerə tutulduğunu, kamerasız otaqda 3 dəqiqə 38 saniyə döyüldüyünü, deportasiya olunaraq 1 il Türkiyəyə gəlməsinə qadağan qoyulmasını qanunsuz hesab edərək ona təzminat ödənilməsi ilə bağlı qərar çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1721

Oxşar yazılar