Azərbaycanda yol qırğını davam edir: 7 ölü, 41 yaralı
11 mart 2013 11:15 (UTC +04:00)

Azərbaycanda yol qırğını davam edir: 7 ölü, 41 yaralı

Şənbə və bazar günləri Azərbaycan ərazisində çoxsaylı yol nəqliyyat hadisələri qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 9-da ölkə yollarında baş vermiş 8 yol qəzasında 2 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

 

Bazar günü isə respublika yollarında 19 qəza baş verib. Nəticədə 5 nəfər dünyasını dəyişib, daha 26 insan yaralanıb. Martın 10-da təkcə Bakıda baş vermiş qəzalarda 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

 

Ümumilikdə istirahət günlərində Azərbaycanda 7 nəfər yol qəzalarının qurbanı olub. Daha 41 nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872

Oxşar yazılar