Azərbaycanda jurnalisti maşın vurdu
02 noyabr 2013 13:08 (UTC +04:00)

Azərbaycanda jurnalisti maşın vurdu

Dünən itkin düşdüyü bildirilən Avropa. info saytının əməkdaşı Sahib İslamovu maşın vurub.

 

 

Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən  yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən  avtomobil sürücüsü Musa Nağıyev adına Xəstəxanaya çatdırıb. Hadisəni yaxınlıqda olan yaşlı bir kişi görüb və bu gün səhər saatlarında qohumlarına məlumat verib. Artıq qohumları onu tapıblar və hazırda jurnalistin vəziyyəti ağırdır.

Qeyd edək ki, dünən səhər saat 8:00-da işə getmək üçün evdən çıxan Sahib İslamov saytın redaksiyasına gəlməyib. Jurnalistin işə gəlmədiyini görən sayt rəhbərliyi onun mobil telefonuna zəng vurub. Telefona cavab verən Sahib İslamovun ailə üzvləri  jurnalistin işə getdiyini və işə gedərkən tələsdiyindən mobil telefonunu unutduğunu bildiriblər. Gecə saatlarında 102 Xidmətinə zəng edən ailə üzvləri jurnalistin yoxa çıxdığı haqda məlumat veriblər. 

Qafqazinfo.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1585

Oxşar yazılar