Daxili İşlər Nazirliyi Sabirabadda bədbəxt hadisə nəticəsində ölən Sərhəd Xidmətinin zabiti haqqında məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 8-də Sabirabad rayonu Sarxanbəyli kəndinin ərazisində Bakı şəhər sakini Bəxtiyar Sevdimalıyev balıq ovlayarkən Mil-Muğan kollektoruna yıxılıb və suda boğulub. Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.
***
12.37
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin zabiti, leytenant Bəxtiyar Fazil oğlu Sevdimalıyev Şirvan kanalına düşərək boğulub.
Zabitin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Hələlik zabitin meyitini tapmaq mümkün olmayıb.
Dövlət Sərhəd Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, zabitin axtarışları davam etdirilir.