Astarada faciə: bir ailənin 4 üzvü öldü - YENİLƏNİB
02 noyabr 2013 12:26 (UTC +04:00)

Astarada faciə: bir ailənin 4 üzvü öldü - YENİLƏNİB

Onların dəm qazından zəhərləndikləri ehtimal edilir


 

Astarada bədbəxt hadisə nəticəsində bir ailənin 4 üzvü ölüb.

 

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

 

Kənd sakini, 1981 təvəllüdlü Leyla Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şəmkar, 2008-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Rza evdə ölmüş vəziyyətdə aşkar olunublar.

 

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunublar. Meyitlər müayinə olunub və onlarda hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Güman edilir ki, onlar dəm qazından boğulublar.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4541

Oxşar yazılar