Akademikin evindən oğurluq edən qadın tutuldu - YENİLƏNİB
06 avqust 2013 11:48 (UTC +04:00)

Akademikin evindən oğurluq edən qadın tutuldu - YENİLƏNİB

Akademikin evindən oğurluq edən qadın həmin evdə xidmətçi işləyirmiş.


 

Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

 

Polisdən həmçinin bildirilib ki, oğurluq hadisəsini törədən Bakı Şəhər sakini Nərmin Şaiq qızı Abbasova 1983-cü il təvəllüdlüdür.

 

 

***

 

09:59

 

 

Ötən gün Bakıda akademikin evindən külli miqdarda pul oğurlayan şəxs tutulub.

 

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Nərmin Abbasova saxlanıb.

 

Qeyd edək ki, ötən gün Yasamal rayonun Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllə, ev 14, mənzil 5 ünvanında yaşayan Qacar Çingiz Oveys oğlu 26-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, avqustun 4-ü saat 13.30 radələrində ona məxsus mənzildən içərisində 60 min ABŞ dolları və gümüş çəngəl-bıçaq olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.

 

 

Qacar Çingiz Oveys oğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun direktorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1454

Oxşar yazılar