Ağdam sakini zəhərlənib öldü - YENİLƏNİB
22 noyabr 2013 11:04 (UTC +04:00)

Ağdam sakini zəhərlənib öldü - YENİLƏNİB

Ağdam rayon sakini zəhərlənərək ölüb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Əhmədağalı kənd sakini Abbasov Yadigar Novruz oğlu, əvvəllər içərisində kimyəvi rəng olmuş dəmir çəlləyi elektrik kəsicisi ilə kəsmək istəyərkən yaranmış tüstü və qazdan zəhərlənib. Onu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırmağa çalışsalar da, yolda dünyasını dəyişib.

 

Faktla bağlı yerli hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042

Oxşar yazılar