
"Lyuk" səhlənkarlığı ölümə səbəb oldu: sakinlər xəbərdarlıq etsə də...
Şirvanda kanalizasiya quyusunun üstünün açıq olmasına görə baş verən bədbəxt hadisənin başvermə səbəbi aydınlaşdırılıb.
Belə ki, Şirvan Su Kanal İdarəsinin rəisi Fərhad Hüseynovun Lent.az-a bildirdiyinə görə, “Perlit” MMC tikinti şirkəti tərəfindən rabitə xəttinin çəkilişi zamanı ehtiyyat kanalizasiya xəttinin beton örtüyü eskavator vasitəsi ilə götürülərək uçurulub:
"Xəttin çəkilişindən sonra iri diametrli kanalizasiya xəttinin üstü örtülməyib və xəbərdarlıqedici nişanlar qoyulmayıb. Həmçinin işlər görülərkən Şirvan su kanal idarəsinə nə yazılı və nə də şifahi xəbərdarlıq olunmayıb. Özünüz vizual şəkildə baxın, görün xətti hardan çəkiblər. Düz kanalizasiya xəttinin üzərindən. Hazırda biz kanalizasiyanın üstünü öz gücümüzlə bərpa etdik. Baxmayaraq ki, orda "lyuk" olmamalı idi, biz ora əlavə "lyuk" qoyduq. Halbuki onu həmin təşkilat bərpa etməliydi".
Məsələ ilə əlaqədar “Perlit” MMC şirkətinin əməkdaşı ilə əlaqə saxladıq. Əməkdaş rabitə xətti çəkilən zaman həmin kanalizasiya xətinin üstünün açıldığını etiraf etsə də, ziddiyətli fikir söylədi:
“Biz kanalizasiya xətinin üzərinə taxta faner qoymuşduq. Xəbərdarlığa gəldikdə isə kanalizasiya xəttinin yanından keçdiyimiz üçün xəbərdarlıq da etmədik”.
Eyni zamanda yaxınlıqda yaşayan sakinlər də podratçı təşkilata xəbərdarlıq ediblər. Hətta öz gücləri hesabına kanalizasiyanı uçurulmuş betonlardan da təmizləyiblər. Buna baxmayaraq podratçı təşkilat sakinlərin xəbərdarlığına məhəl qoymayıb.
Nəticədə zəif görmə qabiliyyəti olan 71 yaşlı kişi yeni çəkilmiş asfalt çığırının üstü ilə addımlayaraq quyuya düşüb və dünyasını dəyişib.
Oxşar yazılar

Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50