"Koba Qruzinski"nin apellyasiya şikayəti təmin olunmadı
29 oktyabr 2013 11:43 (UTC +04:00)

"Koba Qruzinski"nin apellyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda həbs edilən “Koba Qruzinski” adı ilə tanınan gürcüstanlı kriminal  avtoritet Koba Kvaxadzenin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


 

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Hökm dəyişdirilmədən saxlanılıb.

 

Qeyd edək ki, K. Kvaxadze mənzillərdən oğurluq etməkdə təqsirləndirilir. O, həbs edilərkən üzərindən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. K. Kvaxadze Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq) və 234. 1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddələri ilə təqsirləndirilir.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  Koba Kvaxadze 10  il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar